Dezinseksiya

Dezinseksiya (fr. des – məhv, aradan qaldırılması deməkdir, + lat. insectum- həşərat) — xüsusi kimyəvi, fiziki (isti su və ya buxar, elektrolitlər, mexaniki) və ya bioloji vasitələrin köməyi ilə transmissiv (həşərat vasitəsilə insanlara siraət edən) infeksiyalarına, ərzaq və bitkilərin ehtiyatlarına zərər vura bilən artropodların (həşəratların) məhv edilməsindən ibarət olan zərərləşdirmə növlərindən bırıdır.

Dezinseksiya dedikdə, insanla qonşuluğun arzuolunmaz sayıldığı hər hansı həşəratın (milçəklər, ağcaqanadlar, hamamböcəyi, qarışqalar, yataq bitləri, birə və s) məhv edilməsi başa düşülür.

Profilaktik və ocaqlı dezinseksiya.

Profilaktik dezinseksiya həşəratların obyektlərdə yaranması, inkişafı və çoxalması üçün əlverişsiz şəraitin yaradılmasına yönəlmiş tədbirlərin kompleksini nəzərdə tutur.

Ocaqlı dezinseksiya kəskin yoluxucu daşıyıcıları həşəratlar olan xəstəliklərin baş verdiyi yerlərdə keçirilir. Bu, yoluxucu və transmissiv xəstəliklərin daşıyıcılarının inkişafının müxtəlif mərhələlərində tamamilə məhv edilməsindən ibarətdir. Obyektin həşəratlarla yoluxma dərəcəsindən asılı olaraq, ocaqlı dezinseksiya üçün fiziki, mexaniki, kimyəvi, bioloji vasitələr, həmçinin bağırsaq insektisidləri və fumiqantlar istifadə olunur.

Dezinseksiyanın 3 növü var:

  • Tibbi dezinseksiya xəstəxanalarda, tibb klinikalarında, poliklinikalarda, doğum evlərində, psixiatrik xəstəxanalarda, sanatoriyalarda və digər tibb müəssisələrində həyata keçirilir.
  • Baytarlıq dezinseksiyası – baytarlıq klinikalarda, evsiz heyvanlar üçün sığınacaqlarda və bu kimi müəssisələrdə həşəratların obyektlərdə yaranması, inkişafı və çoxalması üçün əlverişsiz şəraitin yaradılmasına yönəlmiş tədbirlər nəzərdə tutur.
  • Kənd təsərrüfatı dezinseksiya dənli, texniki və digər bitkilərin normal inkişafına mane olan və iqtisadi itkiyə gətirib çıxaran həşəratların məhvi üzrə tədbirlərin kompleksidir.