Deratizasiya

Deratizasiya  — insanlara epidemioloji və iqtisadi ziyan verən gəmiricilərə qarşı aparılan mübarizə tədbiridir. Gəmiricilər İnsanlar arasında infeksion xəstəliklərin (taun, tulyaremiya, bruselyoz, qara yara, leptospiroz) daşıyıcı və gəmiriciləri rolunu oynayırlar.

Gəmiricilərin xalq təsərüfatına verdiyi zərər çox böyük və müxtəlifdir. Gəmiricilər qida məhsullarını, yemi xarab edirlər, çirkləndirirlər və məhv edirlər. Bundan başqa kənd təsərrüfatında mədəni bitkilərin cücərtilərini qırırlar, hidrotexniki qurğuları, tikintiləri korlayırlar, telefon və elektirik xətlərini təcrid edən materialları və avadanlıqları çeynəyirlər, pozurlar.

Gəmiricilərin məhv edilməsi tədbirləri, onların növündən və yaşadığı şəraitindən, yerindən aslıdır. (Şəhər, kənd, dəmir yolu və su nəqliyyatı, səhra şəraitində aparılan deratizasiya).

Şəhərlərdə və kənd yaşayış yerlərində deratizasiya müqavilələr şəklində aparılır. Müqavilələr müəssislərlə rayon, şəhər profilaktik dezinfeksiya və taun əleyhinə stansiya və onun şöbələri tərəfindən aparılır və Səhiyyə Nazirliyinin təsdiq etdiyi preyskurant əsasında həyata keçirilir.